19 C
Bakı
30 Sentyabr 2025 13:40
CəmiyyətDünyaHadisəSiyasət

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

Yekaterinburqdakı cinayət işi üzrə azərbaycanlıların saxlanılmasından sonra “Kaspiy” kafesi və “Baku Plaza” ticarət mərkəzi bağlanıb. Lakin bu gün ticarət mərkəzi yenidən güc strukturlarının əməkdaşlarının diqqətini cəlb edib.

Tacxeber.com-ın E1.ru-ya istinadən verdiyi xəbərə görə, hazırda mərkəzin yaxınlığında səssizlik hökm sürür, lakin müxbirlər orada əvvəlcə Rusiya Milli Qvardiyasının dəstəsini görüblər, daha sonra isə polis yaxınlaşıb.

Məlum olub ki, güc strukturlarının əməkdaşları ticarət mərkəzinin yaxınlığında çəkiliş aparan “Krik TV” telekanalının çəkiliş qrupu ilə münaqişəyə dair məlumat əsasında gəliblər.

Jurnalistlər iddia edirlər ki, mərkəzin mühafizəçisi telekanalın əməkdaşlarından birinə hücum edib.

“Həyəcan siqnalı düyməsini basmağa səbəb ziyarətçilərlə bu ticarət mərkəzinin işçiləri arasında yaranmış münaqişə olub, işçilər gələnə kimi bu münaqişə həll olunub”, – deyə Rusiya Milli Qvardiyasından izah ediblər.

Qeyd olunub ki, ticarət mərkəzinin icarəyə verdiyi məkanlar da işləmir, açılış tarixi ilə bağlı məlumat yoxdur.

“Kaspiy” kafesi iyunun 27-dən işləmir. Həmin gün güc strukturlarının əməkdaşları obeyktə gələrək onun sahibi Azər Səfərovu saxlayıblar. O, 24 il əvvəl baş vermiş qətldə şübhəli bilinir.

Hazırda “Kaspiy” kafesinin girişində “Kafe işləmir. Sanitariya işləri gedir” yazısı asılıb. Halbuki içərisi boşdur, heç bir təmizlik və təmir işləri aparılmır. (Oxu.Az)

Tacxeber.com

Oxşar xəbərlər

Fulya Öztürkün bu addımı QINANDI – VİDEO

redaktor

Binəli Yıldırım: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyəti ilə üzləşib”

redaktor

Oğuzdakı meşə yanğını söndürüldü – Video

redaktor