11 C
Bakı
23 Mart 2026 23:34
Cəmiyyətİdman

“Futbolçular qəbuledilməz səhvlərə yol verdilər” – Qurban Qurbanov

Tacxeber.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”ilə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Təcrübəli mütəxəssis qarşılaşmanın maraqlı məcrada keçdiyini deyib:

“Baxımlı oyun alındı. Xüsusilə “Zirə” ilk hissədə yaxşı təsir bağışladı. Hətta deyərdim ki, bizdən daha hazırlıqlı idilər. İkinci hissə daha fərqli oldu və ardıcıl qollar vurduq. Bununla belə, səhvlərimiz çox oldu. Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil. Bu da gözlənilən idi. Ümumilikdə pis çıxış etmədik. Lakin bəzi qəbuledilməz səhvlərimiz oldu. Bunu görməyimiz yaxşı idi ki, qarşıda bu səhvlərin üzərində işləyək”.

“Qarabağ” bu gün “Azərsun Arena”da keçirilən yoxlama oyununda “Zirə”yə 4:0 hesabı ilə qalib gəlib.

 

Tacxeber.com

Oxşar xəbərlər

ChatGPT-dən istifadə insanın idrak qabiliyyətlərini zəiflədir – ARAŞDIRMA

redaktor

Tarix qarşısında cavab verməli olanlar var.

redaktor

Şəhid Şahinin xanımı ilə bağlı XƏBƏR VAR

redaktor