Bu gü Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib.
“İnternet”indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il “Yol xəritəsi” üzrə I rüb ərzində görülmüş işlərin müzakirəsi aparılıb və qarşıda duran vəzifələr müəyyən edilib.
İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bu istiqamətdə görülən işlərlə bağlı məlumat verib.
İşçi Qrupun üzvlərinin mövzu ətrafında müzakirəsi keçirilib.
Biz də bu istiqamətdə təklif və rəylərimizi təqdim etmişik.
Yeri gəlmişkən, açıqlanan məlumatlardan belə qənaətə gəlmək olur ki, 5G istiqamətində işlər xeyli sürətlənib.
Yaxın müddətdə mobil operatorların 5G tezliklərini əldə edərək fəaliyyətə başlaması gözlənilir.
Həmçinin də, ölkədə vahid bir 5G şəbəkəsinin qurulması nəzərdə tutulub.Yəni hər 3 mobil operator eyni bir baza stansiyalarından istifadə edəcək.
Hər bir operatorun özünə yeni baza stansiyası quraşdırmaqdan azad olması isə xərcləri xeyli azaldacaq.
Xatırladıram ki, Qarabağda mobil şəbəkə qurularkən bu yanaşmadan istifadə edilib .
Ümid edək 5G xidmətlərin qiymətləri də sərfəli olar.