DigərDünyaHadisəSiyasət

Avropa İttifaqı Ermənistanla vizasız rejimə keçid üçün Fəaliyyət Planının təsdiqləyib.

Avropa İttifaqının baş diplomatı Kaja Kallas Ermənistanla vizasız rejimə keçid üçün Fəaliyyət Planının təsdiqləndiyini açıqlayıb.

Bu barədə o, Yerevanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

“Bütün şərtlər yerinə yetirildikdən və proses tamamlandıqdan sonra Ermənistanla Avropa bir-birinə daha da yaxın olacaq” – Kallas deyib.

O, məsələnin detalları barədə əlavə məlumat verməyib.

Bundan başqa Aİ Ermənistan üçün 2024-2027-ci illəri əhatə edən Davamlılıq və İnkişaf Planı çərçivəsində 270 milyon avro ayıracaq. Maliyyələşdirmə özəl sektorun dəstəyinə, Ermənistan və Aİ arasında əlaqələrin yaxşılaşdırılmasına və davamlı islahat səylərinə yardıma yönələcək.

Avropa İttifaqı Ermənistanla vizasız rejimlə bağlı danışıqlara 2024-cü ilin sentyabrında başlayıb.

Ermənistan parlamenti “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanunun layihəsini bu ilin əvvəlində ikinci və yekun oxunuşda təsdiqləyib. (MeydanTV)

Tacxeber.com

Oxşar xəbərlər

“Prezident Vasif Talıbovu qəbul edəndə ona demişdi ki…” – 300 milyon hara gedir?

redaktor

Tramp onlardan qisas alacaq, uzun siyahı var – KİV

redaktor

“Hansı daha demokratik ölkədir, Ermənistan yoxsa Azərbaycan?”

admin