CəmiyyətHadisəSiyasət

Azərbaycan cəmiyyətində rusdilli məktəblərin bağlanması daha gur səslənməyə başlanıb.

Rusiya ilə geri dönüşü çətin təsəvvür edilən münasibətlər sisteminə daxil olmuşuq. Onlara vassal lazımdır, biz isə müstəqil siyasətimizi davam etdiririk.

İkisi bir arada mümkün deyil.  Ermənistanın vəziyyəti daha ağırdır, baş nazir Nikol Paşinyan və onun hökuməti Rusiyanın ağır zəncirlərindən qopmaq istəyir, ona görə də kilsə və Moskvaya bağlı biznes sahibləri ilə mübarizə gərgin mərhələyə qədəm qoyub.

Kreml Paşinyanın kilsə ilə mübarizəsindən narahatdır və bu narahatlığını açıq dilə gətirməklə Ermənistanın daxili işlərinə qarışır. Azərbaycan da qərarını verib, Bakıda “Rus evi” bağlanıb, “Sputnik” agentliyinin fəaliyyəti məhdudlaşdırılıb, hətta polisin agentlikdə keçirdiyi əməliyyat zamanı saxlanılanlar var. Halbuki, 6-7 ay əvvəl vəziyyət fərqli idi.

Birinci “addımı” Rusiya atdı, mülkü təyyarəmizi raketlə vurdu, insanlarımızı öldürdü, üzrxahlıq, kompensasiya və cinayətkarlar cəzalandırılmadığına görə növbəti addımlar Bakıdan gəldi. Kreml Azərbaycanla münasibətləri korlamaq üçün əlindən gələni etdi.

Yekaterinburqda baş verənlər qırmızı çizgilərin aşıldığını göstərdi. Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda ən sərt tənqid olunan şəxslərdən birinə çevrilib. Bu təbiidir, çünki Kreml sahibi təyyarə olayında gərəkli addımlar atsaydı, vəziyyət bu həddə çatmazdı.

İstəmədi və münasibətlər enməkdə davam edir. Bu hadisələrin fonunda Azərbaycan cəmiyyətində rusdilli məktəblərin bağlanması daha gur səslənməyə başlanıb. Bu da təbiidir. Bizə qarşı çirkin planlar həyata keçirən dövlətin dili niyə məmləkətimizdə təbliğ olunmalıdır?

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlandı – Foto

admin

Qadın şəri alınmadı, casusluq ittihamı verdilər – Assanjın xidmətinin bədəli

admin

İlham Əliyevin bu gün açılışını etdiyi “Xankəndi” Biznes Mərkəzi və “Xankəndi” Konqres Mərkəzi Prezidentin özünə məxsusdur.

admin