30 C
Bakı
29 İyun 2025 15:18
CəmiyyətHadisəTarix

Yekaterinburqda yaşamış “qanuni oğru Tərtərli Zaur”

Bu haqda əvvəllər də yazmışdım.

2000 ci illərdə Yekaterinburqda, ( Sverdlovsk ) yaşamışam.

Demək olar bütün şəhərə ( nəzərinizə çatdırım ki, Yekaterinburqun sahəsi Azərbaycan Respublikasının sahəsindən böyükdür )

Azərbaycanlılar, bəzi kiçik hissələrinə Əfqanıstanda vuruşmuş qazi və veteranlar, bəzi kiçik hissələrinə isə “Уралмаш” adlı cinayətkar qruplaşmalar nəzarət edirdi.

Demək olar hər millətin kiçik qruplaşma və qruplara nəzarət edən başçıları var idi, amma

mən 2001 ci ildə Yekaterinburqda olanda Yekaterinburqda rəhmətlik “Малыш” ləqəbli Azərbaycanlı “Tərtərli Zaur” adlı oğru ( вор в законе ) var idi.

 

Yadımdadır, Mart ayı idi, mən də o məclisdə idim. Rossell soyadlı şəhərin meri Zaurla məsləhətə gəlmişdi ( tez-tez çətin vaxtlarda Zurdan kömək istəyərdi ) ki, 20 aprel Hitlerin ad günü, şəhərə skinxedlər ( millətçilər ) gələcəkdi və ruslarla qeyri millətlər arasında böyük iğtişaşlara yaranma təhlükəsi var idi.

Zaurun onda təxminən 40-42 yaşı, mənim isə 23-24 yaşım var idi. Zaur 1 ci baxışdan savadsız sakit adama oxşasa da 1 il onunla şəxsi münasibətimdə onu nə qədər dərin düşüncəli, səbrli və nə qədər gözəl tərbiyəyə malik olduğunun şəxsən şahidi oldum. Bu Oğru “o oğrulardan” deyildi. Əslində oğrular millətpərəst olmasa da, Zaur əsl el ağsaqqalı idi və Azərbaycanlılara böyük dayaq idi. Ümumiyyətlə onun qorxusundan hətta ОМОН belə Azərbaycanlılardan çəkinirdi.

Bu yazım bəzi yeniyetmə və gənclərə şirnikləndirici gəlməsin. Üstündən 23 il ötüb və zaman-şərait tam dəyişib. İndi nə o “şərait” nə də elə Ağsaqqallar çox azdır.

Zaurdan başqa Yekaterinburqda daha 5 yüksək vəzifəli Azərbaycanlı məmurlar və 30 a yaxın tanınmış, fəxr ediləsi Azərbaycanlılar da var idi.

Zaur 2002 ci ildə qara ciyərindən xərçəngə yoluxdu. Həkimlər dedi ki, artıq gecdir, çarəsizdir. Yekaterinburq Aeroportundan Zauru Azərbaycana yola saldıq. Zaur 3 gündən sonra Tərtərdə dünyasını dəyişdi. ALLAH rəhmət eləsin.

Qısası, Zaur kimi oğullar olan yerdə heç bir siyasi-iqtisadi vəziyyət Yekaterinburq Azərbaycanlılarına heç bir təsir göstərə bilmirdi. Zaur dünyasını dəyişdikdən heç 1 ay keçməmiş bəzi Azərbaycanlılar arasında böyük iğtişaşlar, ölümlər baş verdi.

Ardı var …

 

Emil Maqalov

Tacxeber.com

Oxşar xəbərlər

Kişilərin diqqətinə! Sizdə bu əlamətlər varsa,qadın hormonlarınız çoxdur

redaktor

Nərminin atasından açıqlama: “Əlimdə 45 dəqiqəlik video var” – FOTO/VİDEO

redaktor

Əsli Lerikdəndir, amma ABŞ polisidir – FOTOLAR

redaktor