CəmiyyətDigərŞou

“Vaxtında dönər aldıqlarım, indi cipdə gəzir”

“Almaniyada qulluq etmişəm. Orada məni saxlayırdılar, böyük məbləğ də verirdilər. Amma sənəti heç nəyə dəyişmərəm. Teatrdakı maaşa baxmayaraq, insan tələsirdi ora getməyə. Teatrın tozunu da nəyəsə dəyişmərəm. Unudulmaq pis əhvaldır. Məndə də olur, tək qalıram. Xalam qızı olan həyat yoldaşımla evdə qalırıq. Teatrdan necə ayrıla bilərəm? Teatr mənə hər şey verdi, eyni zamanda da heç nə vermədi də. El şənliklərinə başım qarışdı, 4 qız gəlin köçürtdüm, ev aldım”.

Tacxeber.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev “Bir gün” verilişində deyib. Aktyor teatrdan uzaq qalmasından, xəstəliyindən danışıb:

“15 ilə yaxındır teatrdan uzaqlaşmışam. Akademik Musiqili Komediya Teatrdan küsdüm, getdim. İndi təqaüd alıram. Övladlarım, kürəkən olmasa bir gün də qala bilmərəm. Ayıbdır, gedib qapı döyüb, kimdənsə maddiyat istəyim. Bu vəziyyəti gözləməzdim. Məni toya aparmırlar. Amma pozitiv adamam, heç vaxt heç kimdən nəsə istəmərəm. Xəstə olanda bir sıra dostlarım gəlmədi. O vaxt dönərin dəb olan vaxtı dönər alırdım. İndi ciplərdə gəzirlər. Amma unutmaq pisdir. Bir gün sən zəngin ola bilərsən, bir gün mən”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan dünyanın ən güclü orduları reytinqində 29-cu yerdədir – FOTO

redaktor

Lazer epilyasiyası – Estetik rahatlıq, yoxsa xərçəng təhlükəsi?

redaktor

Kosmetoloqlara necə ETİBAR edək? – Burun dolğusunun “ölümcül” zərərləri

redaktor