27 C
Bakı
29 İyun 2025 09:49
DünyaSiyasət

Trampın oğlu prezident ola bilər

ABŞ Prezidenti Donald Trampın oğlu Erik özünün və ya ailəsinin digər üzvünün siyasi sülalə qura biləcəyi ehtimalını irəli sürüb.

Tacxeber.com xəbər verir ki, bu barədə hazırda “Trump Organization” şirkətinin icraçı vitse-prezidenti olan kiçik Tramp “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Erik Tramp qeyd edib ki, gördüyü siyasətçilərin yarısı onu heç heyran etmir və o, daha yaxşı iş görə bilər.

“Bunu zaman göstərəcək. Amma məndən başqaları da var”, – o bildirib.

Eyni zamanda, iş adamı etiraf edib ki, sevdiklərini bu sistemin qəddarlığına məruz qoymaqla, belə bir vəzifəni istəyib-istəmədiyindən əmin deyil.(Oxu.Az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Duqinə qarşı terror: partlayışda qızı həlak oldu – Video

redaktor

“Haribo”larda narkotik aşkarlandı: Bütün “Haribo”lar geri qaytarılır

redaktor

İmran Xan həbs edilib

redaktor