DünyaSiyasət

Tramp İrana ŞƏRT QOYDU – “Bu, böyük dəyişikliklərə gətirib çıxaracaq”

Tacxeber.com xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Tramp vurğulayıb ki, əgər İran “öz işini görsə”, “sülhpərəst” olsa və zərər verməyəcəyini açıq şəkildə göstərə bilsə, o zaman sanksiyaları ləğv edəcək.

ABŞ prezidentinin sözlərinə görə, bu, “böyük dəyişikliklərə” gətirib çıxaracaq.

Bundan əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi İsrail Müdafiə Qüvvələrinin İranla atəşkəsi poza biləcəyini bildirmişdi

Qeyd edək ki, ABŞ hakimiyyəti İranı uranın zənginləşdirilməsindən imtina etməyə necə məcbur etməyi düşünür. Tehrana dinc nüvə proqramı yaratmaq üçün 30 milyard dollara çıxış imkanı müzakirə edilir.

Bundan əlavə, bəzi sanksiyaların potensial ləğvi də nəzərdən keçirilir. Ağ Ev bəyan edib ki, İslam Respublikası ilə “hərtərəfli sülh sazişi” bağlamağa hazırdır. Amma Tehran hələlik Vaşinqtonun təkliflərinə konkret cavab verməyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor