15 C
Bakı
29 Mart 2026 15:37
CəmiyyətDünyaSiyasət

“Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır” – Əli Vəliyev

“Rusiyada azərbaycanlılara qarşı aparılan bu represiya ölkədə şovinizmin, diskriminasiyanın və milli ayrıseçkiliyin nə qədər dərinə işləmiş olduğunu göstərir.”

Bu fikirləri açıqlamasında tanınmış jurnalist, Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyev bildirib.

“Miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı belə münasibət qəbuledilməzdir. Dövlətin istintaq komitəsinin rəhbərinin verdiyi açıqlama bu siyasətin planlı və dayaz olduğu qədər də məqsədli xarakter daşıdığının təzahürüdür. Bu eyni zamanda dövlət səviyyəsində etirafdır..Rusiya artıq başa düşür ki, onun “Qarabağ” kartı iflasa uğrayıb və bitib. Belə olan halda müxtəlif vaxtlarda Azərbaycana və soydaşlarımıza qarşı terror münasibəti onun qeyri-səmimi, şovinizm, işğalçı dövlət olduğunu göstərir. Gərək Kreml unutmasın ki, 1941-1945 müharibəsində qələbəni məhz azərbaycan oğullarının sayəsində qazanıb. Beləliklə, ölkədə kişi tapılmadığı bu vaxtda Rusiya azərbaycanlı olan əsl kişilərdən bərk yapışmalı, onların qayğısına qalmalıdır.”

 

Tacxeber.com

Oxşar xəbərlər

Tanınmış vəkil Namizəd Səfərov haqqında Xətai rayon məhkəməsi 4 aylıq həbs qəti imkan tədbiri seçib.

redaktor

Gürcüstanın Baş naziri İSTEFA VERDİ

admin

Şimali Koreyada bu şəxslər edam ediləcək

redaktor