16 C
Bakı
28 Sentyabr 2025 06:55
DünyaMədəniyyət

Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir

Mədəniyyət Nazirliyindən bildirilib.ki, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir.

“Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir”, – məlumatda qeyd olunub.

Bildirilib ki, bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn paltformalarına müraciət edə bilərlər.

 

Tacxeber.com

Oxşar xəbərlər

İlon Maskdan qalmaqallı şərh: Krım və Donbas Rusiyada qalacaq

redaktor

Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib – FOTO

redaktor

Ərdoğan “TikTok” açdı – FOTO

admin