İsrailin Baş naziri Netanyahunun sərəncamı ilə “Nagel Komissiyası” yaradılıb. İsrailin 10 illik müdafiə planının hazırlanması tapşırılan vı 2024-cü ilin avqustunda formalaşan bu komissiyanın (sədri briqada generalı, professor Yaakov Nagel) 2025-ci il yanvar tarixli yekun hesabatının əsas məqamlarından biri bu idi:
İrandan sonra Türkiyə “yüksələn strateji rəqib” kimi təqdim olunub.
İlk dəfə bu səviyyəli sənəddə Ankara mümkün “növbəti cəbhə” kimi göstərilib.
İsrailin keçmiş televiziya və radio yayımı korporasiyasının rəhbəri, siyasi analitik
Yoni Ben-Menaxem i24 kanalında yayımlanan “The Arabists” verilişində çıxış edərək belə deyib:
«Türkiye bizim növbəti düşmənimizdir»
«İranı məğlub etdikdən sonra… növbə Türkiyəyə çatacaq».
O izah edib ki, İrandan sonra İsrailin Türkiyəyə qarşı “sərt şəkildə hərəkət etməsi” zəruri olacaq. Bildirib ki, Türkiyə — Qətər kimi ölkələrlə müqayisədə daha böyük strateji təhlükədir, çünki güclü ordusu və bölgədə təsir imkanları var.
X platformasında (əvvəlki Twitter) yayımlanan digər paylaşımda da bu sözlər təkrarlanır:
«Bizim növbəti düşmənimiz Türkiyədir. Onların güclü ordusu və qədim dövləti var…»