30 C
Bakı
29 İyun 2025 17:12
CəmiyyətDigərDünya

“Google”dan yeni tətbiq: “Doppl nədir” və nəyə yarayacaq?

“Google Labs” tərəfindən hazırlanmış eksperimental tətbiq olan “Doppl” istifadəçilərə evdən çıxmadan yeni geyimləri virtual şəkildə sınaqdan keçirmək imkanı verir.

Tacxeber.com xəbər verir ki, “Google” texnologiya sahəsində yenilikçi bir addım ataraq “Google Labs” çərçivəsində inkişaf etdirdiyi təcrübə mərhələsindəki yeni tətbiqi “Doppl”ı təqdim edib. Bu tətbiq “Google Shopping”in mövcud virtual geyim sınaq xüsusiyyətlərini daha da irəli apararaq, istifadəçilərə evlərinin rahatlığında geyimlərin üzərlərində necə durduğunu görmək imkanı yaradır. “Doppl” xüsusilə onlayn geyim alış-verişində yaşanan qeyri-müəyyənlikləri aradan qaldırmağı və istifadəçi təcrübəsini zənginləşdirməyi hədəfləyir.

Tətbiqin ən diqqətçəkən xüsusiyyətlərindən biri, istifadəçilərin statik geyim şəkillərini və ya ekran görüntülərini süni intellekt dəstəyi ilə dinamik videolara çevirə bilməsidir. Bu texnologiya sayəsində parçanın bədən üzərində necə durduğu, toxuması və hərəkət halındakı görünüşü barədə daha realistik təsəvvür formalaşır. İstifadəçilər bu süni intellekt vasitəsilə yaradılmış videoları dostları ilə bölüşərək rəy ala və alış-veriş qərarlarını daha məlumatlı şəkildə verə bilirlər.

Lakin burada unutmaq olmaz ki, görüntülər süni intellektin “təsəvvürü”nə əsasən hazırlanır. Həqiqi məhsulun toxuması, parçası, hətta fərqli işıqlandırmalar altındakı rəngi belə fərqli ola bilər.

“Google” da tətbiqin hələlik təcrübə mərhələsində olduğunu vurğulayır və geyimlərin ölçüsü, duruşu və ya detalları baxımından dəqiqliyin hər zaman ideal səviyyədə olmayacağı barədə istifadəçiləri xəbərdar edir.

Hazırda “Doppl” yalnız ABŞ-dakı “Android” və iOS istifadəçiləri üçün əlçatandır və virtual sınaqdan istifadə etmək üçün tam bədən fotosu və ya süni intellekt modeli tələb olunur.(Qaynarinfo.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Heyvanlara olan maraq aktyorlardan üstündür” – Əməkdar artist

redaktor

Bütün müavinətlər artırılacaq – VİDEO

redaktor

Netanyahu buna görə gəlmədi

admin