Rusiyada baş verən hadisə bu hadisə dövlət səviyyəsində kriminal əməl kimi qiymətləndirilməlidir.
Bunu deputat, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
O bildirib ki, heç bir şübhəli məqamla insanların evinə basqın təşkil edərək öldürülməsinə bəraət qazandırmaq mümkün deyil:
“Burada bu qədər insanın öldürülməsi və işgəncəyə məruz qalması məqsədyönlü xarakter daşıyır. Bu, birbaşa sifarişlə həyata keçirilən prosesdir. Həmçinin bu Azərbaycana qarşı törədilən ciddi bir aktdır. Bu dövlət bütövlükdə bu cür proseslərin qarşısını almasa, ölkə daxilində ciddi fəsadlara gətirib çıxara bilir. Bu, miqrantların sıxışdırılması kimi qiymətləndirilə bilməz. Bu, birbaşa ölkədə yaşayan şəxslərin dövlətin əli ilə öldürməsindən söhbət gedə bilər”.
F. Mustafa qeyd edib ki, Azərbaycanın bu məsələyə sərt reaksiyası anlaşılandır:
“Vətəndaş və soydaşlarımızın qorunması üçün ciddi addımlar atılmalıdır. Bu Rusiya və Azərbaycan arasında strateji müddətli münasibətlərin ruhuna zidd addımdır. Bu eyni zamanda sərnişin təyyarəsinin qəzaya düşməsi ilə eyni zeyniyyətin başqa bir təzahürüdür. Burada dünyası dəyişənlər bizim üçün əziz insanlardır, soydaşlarımızdır. Orada yaşayan vətəndaşların bu cür kriminal hadisəni dövlət strukturları əlilə törədilməsi yolverilməzdir, bəşəri cinayətdir. Bu cinayəti törədənlər mütləq cavab verməlidir”.