CəmiyyətDigərDünyaMədəniyyətŞou

Emin Ağalarovun musiqi festivalından çıxarılan rus məşhurların SİYAHISI

Tacxeber.com xəbər verir ki, siyahıda Rusiyanın məşhur simaları yer alır. Belə ki, səhnə alması planlaşdırılan Ani Lorak, Timati, Alsu, Yeqor Krid, Artık Asti, İrina Dubtsova, Klava Koka, Mona və İvka kimi ulduzlar festivaldan kənarlaşdırılıb.

Onlarla bağlı paylaşımlar “Dream Fest”in sosial media hesablarından silinib.

Həmçinin, qırmızı xalı aparıcılarından Regina Todorenko da siyahıdan çıxarılıb.

Mədəniyyət Nazirliyinin qərarına əsasən, Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri və bütövlükdə son dövrlərdə bu kimi hallar sistematik xarakter alıb.

Bu baxımdan Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Adam öz evində ədalət axtarmadan dünyanın dərdinə yananda inandırıcı görünmür.

redaktor

NATO Avropada ən böyük bazasını tikir

admin

Bu gündən Azərbaycanda bu qadağalar ləğv edildi – RƏSMİ

redaktor