11 C
Bakı
29 Mart 2026 07:25
CəmiyyətDünyaMədəniyyət

Emin Ağalarov Rusiya məsələsinə görə “Dream Fest”in proqramında dəyişiklik edir

Tacxeber.comxəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov “Instagram” hesabında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mədəniyyət Nazirliyinin açıqlaması ilə əlaqədar tədbirin proqramında dəyişikliklər edilir. Belə ki, ulduz ifaçıların yenilənmiş heyəti yaxın günlərdə açıqlanacaq. Zərurət yaranarsa, biletlərin dəyişdirilməsi və qaytarılması mümkün olacaq.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğanı təhqir edən “Türkiyə gözəli” saxlanıldı – FOTOLAR

redaktor

İran və Rusiya təyyarə istehsalı üzrə birgə layihələr həyata keçirəcək

redaktor

Kahramanmaraşda inşa edilən Azərbaycan məhəlləsindən yeni görüntülər – VİDEO

redaktor