22 C
Bakı
14 Avqust 2025 02:21
CəmiyyətGündəmHadisəMaraqlıŞikayət

Bu ölkədə dövlət qurumlarının, məmurların heç vaxt günahı olmur.

Üstü bəzək altı təzək siyasəti, 27 yaşlı gəncin ölümünə səbəb oldu.

Yəqin çoxlarınız bu xəbəri eşitmisiniz. Bütün ölkə 27 yaşlı cavan bir oğlanın dayandığı yerdə qəfildən yerin altına düşüb yoxa çıxmasından danışır. 3 gündür bütün şəhəri ələk- vələk edib adamı tapa bilmirlər. İndilərdə məlumat yayıldı ki, torpaq çökməsi nəticəsində kanalizasiya quyusuna düşən 27 yaşlı Cümşüd Cümşüdovun cəsədi, Hövsan qəsəbəsində tapılıb.

Fikir verin nə baş verib- hətta bütün fəaliyyəti yalan və saxtakarlıq üzərində qurulmuş AzTv belə reportaj yayıb ki, sözü gedən kanalizasiya quyusunun üstü 6 aydır ki, açıq vəziyyətdə imiş. Deyilənə görə ərazidə belə quyuların sayı hələ çoxdur. Baxarsınız, aidiyyatı qurumlar bu işdən sıyrılıb çıxacaqlar. Çünki ölkədə dərəbəylikdir.

 

Bu ölkədə dövlət qurumlarının heç vaxt günahı olmur. Bütün işlərdə günahkarlar vətəndaşlardır. Məsuliyyəti üzərlərindən atacaqlar və beləcə daha bir gəncin qanı batırılacaq.Artıq bu ölkədə yaşamaq faciəyə çevrilib.Ölkədə bir qrup böyük əclafların özbaşınalığı, gənclərimizin ölümünə səbəb olur. Çox dəhşətli bir vəziyyət yaranıb.

Bu ölkədə cüzi yağış suları nəticəsində şəhərin ortasında boğulub ölən adam gördük. Şəhərin mərkəzində yerin dibinə gedib gedib həlak olan adam da gördük. Görəsən daha nələr görəcəyik, görəsən daha hansı sürprizləri hazırlayırlar?

 

Əziz Məmiyev

Tacxeber.com

Oxşar xəbərlər

İnqilabi plan: Yuxarılarda müzakirə başladı – Qurban Qurbanov AFFA prezidenti olacaq?

admin

Uşaq ət kimi idi, Mehman “heç nə olmayıb” deyirdi – 7 yaşlı Fəridin anası

redaktor

Deputat: “Avtomobili saxlamağa yer yoxdursa, cərimələr niyə artırılır, vətəndaş nə etsin?”

redaktor