7 C
Bakı
28 Dekabr 2025 07:50
DünyaHadisəMuharibəSiyasət

ABŞ-dan Rusiyaya qarşı yönəlmiş yeni qanun layihəsi gəlir

Prezident Tramp Senatda Rusiyaya qarşı hazırlanmış qanun layihəsinin qəbuluna dəstək verib.

Bunu layihənin həmmüəllifi, respublikaçı senator Lindsi Qrehem (Lindsey Graham) bildirib.

“Dünən biz qolf oynayarkən prezident mənə dedi ki, bu qanun layihəsini irəli sürməyin vaxtıdır” – deyə Qrehem söyləyib.

Layihədə Rusiyadan neft-qaz və digər mallar alaraq onun Ukraynaya qarşı müharibəsinə dolayı dəstək verən ölkələrə 500% rüsumun tətbiqi nəzərdə tutulub. Sənəd daha çox Çin və Hindistanı hədəf alıb.

Qanun layihəsinə indiyədək rekord sayda – 100 senatordan 84-ü imza atıb. Bu, ABŞ qanunvericilik praktikasında nadir rast gəlinən ikipartiyalı konsensusdur. Layihənin iyul ayı ərzində müzakirəyə çıxarılaraq qəbulu planlaşdırılıb. O vaxta qədər Tramp Rusiya ilə danışıqlarda bundan təzyiq faktoru kimi yararlanaraq Putini sülhə razı salmaq üçün sonuncu cəhdini edəcək.

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Baş Qərargahı: “Son sutkada 650 işğalçı zərərsizləşdirilib”

redaktor

Müxalifət prezident seçkisinin nəticəsini tanımayacaq.

admin

Qırmızı xəttdən o tərəf: Regional hesablaşmanın Azərbaycan ssenarisi

redaktor