DünyaHadisəKriminal

Yekaterinburqda qətlə yetirilən azərbaycanlıların sayı 5-Ə ÇATDI

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha iki üzvü – Səfərov Ayaz Möhbalı oğlu və onun qardaşı Səfərov Məzahir Möhbalı oğlu xəstəxanada həyatlarını itiriblər.

Tacxeber.com xəbər verir ki, bu barədə Modern.az-a Səfərovlar ailəsindən məlumat verilib.

Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı 5-ə çatıb.

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.

Xatırladaq ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində OMON-çular tərəfindən 5 nəfər (Hüseyn Səfərov, Ziyəddin Səfərov, Ayaz Səfərov, Məzahir Səfərov və Kamal Səfərov)amansızcasına qətlə yeterilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ayətullah Xameneinin müşaviri ABŞ-ın müdaxiləsinə sərt cavab verəcəyinə söz verdi.

redaktor

DSX-dən əməliyyat: 16 kq narkotik aşkarlandı

redaktor

Bizim kişilərdə qadın görməmişliyi var.

redaktor