Ukraynanın NATO-ya qəbulu barıt çəlləyini yandırmağa bərabər olardı.
Tacxeber.com xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “X” sosial şəbəkəsində paylaşıb.
“Bu, ertəsi gün Rusiya ilə savaş və III Dünya müharibəsi demək olardı. Bu diplomatiya deyil, dəlilikdir. Yanan kibriti barıt çəlləyinə atmazlar”, – deyə o yazıb.
Siyasətçinin fikrincə, Avropa İttifaqının Ukraynanı qəbul etmək üçün aktiv istəyi cəbhə xəttini tez bir zamanda “Avropanın tam ürəyinə” köçürəcək.
Orban qeyd edib ki, qitənin döyüş meydanına çevrilməsinə icazə verilməməlidir.