Ukrayna Təhlükəsizlik Xidməti(SBU) son 2 gün ərzində 2 uğurlu əməliyyat həyata keçirtdi.
1) 26 iyundan 27 iyuna keçən gecə Rusiyanın Volqoqrad vilayətində yerləşən “Marinovka” aerodromunda 2 Su-34 qırıcı-bombardmançı təyyarəsi məhv edilib, daha 2 təyyarə isə zədələnib. Bu barədə SBU və Ukrayna SQ-nin Baş Qərargahı xəbər verib.
SBU-nun məlumatına görə, qırıcı-bombardmançılara zərbə uzaqmənzilli dronlar vasitəsilə endirilib. Həmçinin, hücum nəticəsində aerodromun texniki-istismar hissəsində yanğın baş verdiyi bildirilir.
2) SBU, 27-dən 28 iyuna keçən gecə Krım ərazisində yerləşən “Kirovskoe” hərbi aerodromuna dronlar vasitəsilə zərbələr endirib.
Zərbələr aviasiya komponentlərinin yerləşdiyi ərazilərə, hava hücumundan müdafiə vasitələrinə, sursat anbarlarına, eləcə də düşmənin kəşfiyyat və zərbə PUA-larına endirilib.
Əldə olan məlumata görə Mi-8, Mi-26, Mi-28 helikopterləri və “Pantsir-S1” özüyeriyən zenit-raket-top kompleksi məhv edilib.
Gecə boyunca düşmənin aerodromunda ardıcıl partlayışlar baş verib.
SBU sistemli şəkildə Rusiyanın Ukrayna ərazisinə aviazərbələr endirmək imkanlarını azaltmaq üzərində çalışır.
SBU və Ukraynanın hərbi kəşfiyyatı arasında rəqabətdə ya SBU sürətlə önə keçir, ya da QUR sadəcə öz əməliyyatlarını məxfi saxlayır.