15 C
Bakı
27 Sentyabr 2025 17:12
DünyaKriminalSiyasət

Rusiya XİN-dən Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığa MÜNASİBƏT

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun nümayəndələrinin saxlanılması cinayət işləri çərçivəsində həyata keçirilib.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, iyunun 28-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volkovıx Azərbaycan tərəfinə lazımi izahatlar verib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu əmin edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı

admin

“Xəritələr hazırdır, bölgədə 7 yeni dövlət qurulacaq” – Şok iddia

admin

Beynəlxalq Kosmik Stansiyada ilişib qalan NASA astronavtları Yerə 2025-ci ildə qayıdacaq

redaktor