15 C
Bakı
05 Oktyabr 2026 10:59
DünyaHadisə

Qırğızıstanda gölün bəndi dağıldı: Görünməmiş fəlakət…

Qırğızıstanın Çuy vilayətinin İssık-Ata rayonunda Takır-Tor dağ gölünün təbii bəndi dağılıb.

Tacxeber.com Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar 180 nəfər yerli sakin təxliyə edilib.

Bildirilib ki, hazırda Almaluu, Qornaya Serafimovka və Nijnyaya Serafimovka kəndlərində təxliyə işləri aparılır. Gölün vəziyyətinin qiymətləndirilməsi üçün PUA köməyi ilə işlər aparılır. Ərazidə nəzarət-buraxılış məntəqəsi yaradılıb, işlərin gedişinə nəzarət edən qrup işləyir. Xüsusi texnika cəlb olunub, lazımi tədbirlərin görülməsi üçün hazır vəziyyətə gətirilib.

İlkin məlumata görə, hadisə nəticəsində tələfat və maddi ziyan qeydə alınmayıb. (Axar.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Qəhrəmanlıq ailə xoşbəxtliyinə zəmanət deyil

redaktor

“Müsəlman qardaşları” təhlükəsi

redaktor

Zelenski: Ukrayna FP-9 raketi hazırlayır və Rusiyanın neft emalı zavodlarına zərbələrini ikiqat artıracaq

redaktor