28 C
Bakı
12 Avqust 2025 20:03
CəmiyyətDünyaHadisəKriminal

“Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik” – Seyfəddin Hüseynli

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovun işgəncə ilə öldürüldüyü bildirilir.

Mərhumların qardaşı, tanınmış jurnalist Seyfəddin Hüseynli Modern.az-a son vəziyyətlə bağlı bildiklərini açıqlayıb.

Onun sözlərinə görə, hadisə 25 il əvvəl baş vermiş və detalları məlum olmayan bir cinayət işi ilə əlaqələndirilir:

“Lakin mən düşünürəm ki, bu hadisənin əsas məqsədi Azərbaycan diasporuna gözdağı verməkdir. Bu, azərbaycanlılara qarşı divan tutmaq niyyətidir və böyük ehtimalla dövlətimizin güclənməsini həzm edə bilməyən qüvvələrin qara niyyətli mesajıdır” – deyə S.Hüseynli bildirib.

Seyfəddin Hüseynli həyatda olan digər qardaşı – 1964-cü il təvəllüdlü Səfərov Bakir Mehdi oğlunun təyziq altında saxlanıldığını bildirib:

“Mən qardaşlarımı yaxşı tanıyıram tərbiyələrini də, mənəviyyatlarını da. Onlar oradakı ən nümunəvi azərbaycanlılardandır. Hətta biri 37 ildir ki, Rusiya vətəndaşıdır və Azərbaycan diasporunun çox ləyaqətli, nüfuzlu üzvüdür”.

Basqın nəticəsində öldürülən Ziyəddin və Hüseyn Səfərovun nəşləri ailələrinə təhvil verilməyib:

“Cənazələri ata-baba yurdumuz Qarabağda torpağa tapşırmaq istəyirik. Amma hələ də onların cənazələrini ala  bilməmişik,” – deyə o qeyd edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qaçaqmalçılar sərhədçilərə atəş açıb, 170 kq narkotik götürülüb – FOTO

redaktor

Külli miqdarda narkotik aşkarlandı

redaktor

Fransa sistemləri ilə bunu edə bilərik – Babayan

admin