28 C
Bakı
13 Avqust 2025 18:43
CəmiyyətDünyaHadisəSiyasət

Mariya Zaxarova Yekaterinburq dəhşətinə reaksiya verdi

“Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunmuş Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volokov Yekaterinburqda Azərbaycan diasporunun üzvlərinin saxlanılması ilə bağlı vəziyyətlə bağlı lazımi açıqlamalar verib”.

Rusiyalı diplomat bildirib: “İyunun 28-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunmuş Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Volokov Azərbaycan tərəfinə lazımi izahatlar verib və vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu əmin edib. Əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb”.

 

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı azı 5 azərbaycanlı öldürülüb.

Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov da döyülərək qətlə yetirilib.

Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.

 

Bəylər Bəylərov

Tacxeber.com

Oxşar xəbərlər

İsraildəki son vəziyyət açıqlandı.

admin

25 illik evliliyə son qoyulur

redaktor

Hörmüz boğazını bağlayacayıq – İran

admin