24 C
Bakı
13 Avqust 2025 07:16
CəmiyyətDigərŞikayət

Deputatın alayarımçıq “PARK ƏCƏMİ” layihəsi… – “3-4 aya yaxın müddət keçib…”

“Şikayətim “Kristal” tikinti şirkətindəndir (əvvəlki adı “Kristal Abşeron”). “Park Əcəmi” layihəsində mənzillərin yarıdan çoxunu təhvil versələr də, yuxarı mərtəbədə yerləşən mənzilləri təhvil vermək fikirləri yoxdur…”

Bu barədə narazılıq edən vətəndaş deputat Ağalar Vəliyevə məxsus olan “Kristal” şirkəti ilə bağlı şikayətlərinin də qulaqardına vurulmasından gileylənir.

Vətəndaş etirazına daha sonra belə davam edir: “2025-ci ilin may ayından bəri (artıq 3 ay olacaq) mənzilin divar kağızlarını və parketini vurmurlar. İş icraçıları, ustalar və layihə üzrə telefona cavab verən şəxslər hər dəfə bir bəhanə ilə vaxt uzadırlar.

Müqavilədə qeyd edilən təhvil müddətindənən artıq 3-4 aya yaxın müddət keçib. May ayından bəri 2 ay ərzində bunlar divar kağızını vurub qurtara bilmirlər, hər zəngdə də 5 günə təhvil verəcəklərini bildirirlər.

Müştərini bu formada və bu dərəcədə incitmək şirkərin imic və reputasiyasına çox böyük xələl gətirir…”(Dia.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bulvarda bayram konserti olmayacaq

redaktor

“Narkomanları həbsxanaya göndəririk, çünki müalicə mərkəzləri yoxdur”

redaktor

Bina sakinlərinin DİQQƏTİNƏ – Belə aldadılırsınız

admin