6 C
Bakı
28 Dekabr 2025 11:53
CəmiyyətDigərŞikayət

Deputatın alayarımçıq “PARK ƏCƏMİ” layihəsi… – “3-4 aya yaxın müddət keçib…”

“Şikayətim “Kristal” tikinti şirkətindəndir (əvvəlki adı “Kristal Abşeron”). “Park Əcəmi” layihəsində mənzillərin yarıdan çoxunu təhvil versələr də, yuxarı mərtəbədə yerləşən mənzilləri təhvil vermək fikirləri yoxdur…”

Bu barədə narazılıq edən vətəndaş deputat Ağalar Vəliyevə məxsus olan “Kristal” şirkəti ilə bağlı şikayətlərinin də qulaqardına vurulmasından gileylənir.

Vətəndaş etirazına daha sonra belə davam edir: “2025-ci ilin may ayından bəri (artıq 3 ay olacaq) mənzilin divar kağızlarını və parketini vurmurlar. İş icraçıları, ustalar və layihə üzrə telefona cavab verən şəxslər hər dəfə bir bəhanə ilə vaxt uzadırlar.

Müqavilədə qeyd edilən təhvil müddətindənən artıq 3-4 aya yaxın müddət keçib. May ayından bəri 2 ay ərzində bunlar divar kağızını vurub qurtara bilmirlər, hər zəngdə də 5 günə təhvil verəcəklərini bildirirlər.

Müştərini bu formada və bu dərəcədə incitmək şirkərin imic və reputasiyasına çox böyük xələl gətirir…”(Dia.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ay nazir, deputatın müraciətinə niyə cavab vermirsən?-Səyyad Aran

redaktor

Aygün Bəylərin həyat yoldaşı kim idi.. – FOTOLAR

redaktor

Ölkədə həkim-nefroloq çatışmır, TƏBİB-də 50 faiz vakant yer var – Rəsmi

redaktor