27 C
Bakı
28 İyun 2025 11:02
CəmiyyətDigərSağlamlıq

Arıqlama dərmanlarının ölümcül fəsadları barədə XƏBƏRDARLIQ

“Ozempic”, “Wegovy” və “Mounjaro” dərman preparatlarının istifadəsindən sonra yüzlərlə insanda kəskin pankreatit (mədəaltı vəzi iltihabı) qeydə alınıb, bəzilərində bu ölümlə nəticələnib”.

Tacxeber.comoxu.az-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dərman və Tibbi Məhsulların Tənzimlənməsi Agentliyi (MHRA) xəbərdarlıq edib.

Qurum arıqlama və şəkərli diabetin müalicəsində istifadə olunan GLP-1 əsaslı dərmanların təhlükəli yan təsiri olduğunu vurğulayıb.

Bildirilir ki, 2025-ci ilin əvvəlindən etibarən yüzlərlə belə hal qeydə alınıb. Məsələn, 22 nəfərdə “Ozempic”, 101 nəfərdə isə “Mounjaro” istifadə etdikdən sonra pankreatit yaranıb.

Pankreatit qarın ağrısı, ürəkbulanma və qızdırma ilə müşayiət olunan ciddi vəziyyətdir və əksər hallarda hospitalizasiya tələb edir. Bu, GLP-1 preparatlarında nadir təsir kimi qeyd olunsa da, MHRA artan istifadə ilə əlaqədar halların da çoxaldığını bildirir.

Hazırda agentlik genetik faktorların rolunu araşdırmaq üçün “Yellow Card Biobank” tədqiqatına başlayıb. Xəstəxanaya yerləşdirilənlərə tüpürcək nümunələri əsasında DNT analizi təklif olunacaq.

İstehsalçı şirkətlər “Lilly” və “Novo Nordisk” vurğulayıblar ki, pankreatit preparat təlimatında nadir yan təsir kimi göstərilir və dərmanlar yalnız həkim təyinatı ilə qəbul edilməlidir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bütün ürək xəstəliklərinin və infarktın qarşısını alan MÖCÜZƏVİ RESEPT

redaktor

Bir ay  limonlu su içsək, nələr baş verər?

redaktor

Satıcılar çağırış ETDİLƏR: “Göbələklər zəhərli ola bilər” – VİDEO

redaktor