ABŞ-ın nəzarət etdiyi beynəlxalq sistemin Tramp tərəfindən çökdürülməsinin nə demək olduğunu indi görürsüz? Beynəlxalq sistemin çökməsi bu sistemi nizamlayan prinsiplərin çökməsi deməkdir. Bu prinsiplərdən biri də dövlətlərin suveren toxunulmazlığı prinsipidir.
Deyəcəksiz ki, ABŞ özü bu prinsipləri dəfələrlə pozub. Bəli, təəssüf ki, doğrudur. Amma yenə zəif olan prinsiplər çökmüş prinsiplərdən daha yaxşıdır. Bu prinsiplərin çökməsi güclülər arasında zəifləri işğal etməsi uğrunda rəqabətə səbəb olur və dünya müharibəsi də bu səbəbdən daha real görünür. Tramp Grelandiya və Kanadaya qarşı iddialar irəli sürməklə bu prinsipləri basdırmış oldu.
Azərbaycanda, təəssüflər olsun ki, İrana meyilli olan çoxlu vətəndaşlar var. İrana loyal olduqları üçün İranın dostu olan Rusiyanın qeyd etdiyim prinsipləri pozmasını alqışlayırdılar. Buna haqq qazandırmağa çalışırdılar. Zelenskiyə qarşı olan Trampın hakimiyyətə gəlməsi də onları çox sevindirdi. İndi həmin Tramp müqəddəs saydıqları siyasi rejimin təslim olmasını tələb edir.