28 C
Bakı
27 İyun 2025 10:30
CəmiyyətDigər

Şüşə qablarda plastik butulkalardakından daha çox mikroplastik VAR İMİŞ…

Fransa Qida Təhlükəsizliyi Agentliyinin (ANSES) apardığı tədqiqat şüşə qablaşdırmalarla bağlı geniş yayılmış təhlükəsizlik təsəvvürlərinə yenidən baxmağı gündəmə gətirir. “Journal of Food Composition and Analysis” jurnalında dərc edilən tədqiqatın nəticələri göstərir ki, şüşə butulkalarda satılan bəzi içkilərdə plastik butulkalara nisbətən əhəmiyyətli dərəcədə daha çox mikroplastik hissəcik mövcuddur.

Tacxeber.com “sciencealert.com” saytına istinadla xəbər verir ki, tədqiqatın əsas məqsədi Fransada istehlak edilən müxtəlif növ içkilərdə mikroplastiklərin miqdarını müəyyənləşdirmək və qablaşdırma materiallarının bu çirklənməyə təsirini təhlil etmək olub.

ANSES-in tədqiqat direktoru Qiyom Düflosun verdiyi məlumata görə, analiz olunan nümunələr içərisində sərinləşdirici içkilər, qazlı içkilər, limonad, soyuq çay, pivə və şərab yer alıb.

Nəticələrə əsasən, şüşə butulkalarda satılan içkilərdə 1 litrə orta hesabla 100 mikroplastik hissəcik aşkarlanıb.

Bu da plastik qablardakından 5-50 dəfə yüksək göstəricidir. Plastik butulkalarda bu göstərici təxminən 1,6 hissəcik, şüşə butulkalarda isə 4,5 hissəcik təşkil edib.

Limonad və pivə kimi içkilərdə mikroplastik miqdarı müvafiq olaraq 40 və 60 hissəcik/litr səviyyəsində ölçülüb.

Tədqiqat qrupu nəticələrin gözlənilməz olduğunu bildirib. Mikroplastiklərin şüşə qabların qapaqlarının kənarındakı boyadan qaynaqlandığını iddia edilir. Analiz nəticəsində bu hissəciklərin forma, rəng və polimer tərkibi baxımından qapaq boyası ilə üst-üstə düşdüyü müəyyənləşib.

Agentliyin bəyanatında qeyd edilir ki, qapaqlardakı boya səthində adi gözlə görünməyən xırda cızıqlar mövcuddur və bu da mikroplastik hissəciklərin içkiyə keçməsinə səbəb ola bilər.

Bununla belə, mikroplastiklərin sağlamlıq üçün risk səviyyəsini müəyyənləşdirmək hələ ki mümkün deyil. Çünki hazırda bu istiqamətdə təsdiqlənmiş istinad dəyərləri yoxdur.

ANSES-in araşdırması içki istehsalçılarının mikroplastik çirklənməni azaltmaq üçün tədbirlər görə biləcəyini də göstərir. Qapaqların təzyiqli hava ilə üfürülməsi, ardından su və spirtlə yuyulması kimi metodlar çirklənməni 60 faizədək azalda bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Təranə Səmədova ekspertizaya göndərildi

redaktor

Azərbaycanda müvəqqəti qalan rusların nəzərinə: Qaydalar dəyişir

admin

Elmira Axundova Misir Qasımlının həbsindən danışdı: “Axırı yaxşı olacaq…”

admin