DigərDünya

Niderland və Belçika gəmilərini Ukraynaya verib

Niderland və Belçika ilk dəfə Kiyevə “BNS Narcis” və “Zr.Ms. Vlaardingen” minatutan gəmiləri təhvil verib.

Tacxeber.com xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Bildirilib ki, minatutan gəmilərin təhvil verilməsi Zeyebrüggedəki dəniz bazasında baş tutub.

“Minaaxtaran gəmilər yeni fəsilə – fərqli bayraq altında və yeni missiya ilə başlayırlar”, — Niderland müdafiə nazirinin səlahiyyətlərini icra edən Ruben Brekelmans deyib.

İlin sonunda ölkələr Kiyevə daha bir gəmi — “Zr.Ms. Makkum”u göndərəcəklər.

Xatırladaq ki, iyunun 24-də Brekelmans Niderland iqtidarının Ukraynaya 175 milyon avro dəyərində yeni hərbi yardım paketi ayırmağa qərar verdiyini açıqlamışdı. Paketə radar sistemləri və dronlar daxil olacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər

Cümşüdün batdığı kanal bu qurumun balansında olub – Rəsmi

redaktor

Məktəblərdə valideynlərə məktəbli formasını haradan alacağını söyləmək qadağan edilib

redaktor

Sevgilisinin öldüyünü eşidən qız intihar etdi – Oğlan “dirildi”

redaktor