15 C
Bakı
27 Sentyabr 2025 18:19
CəmiyyətTəhsil

Kamran Əsədovdan ŞOK ittiham: İmtahanda saxtakarlıq – müəllimlərə cavab ötürülür…

2025-ci il müəllimlərin sertifikasiya imtahanında baş verənlər açıq şəkildə göstərdi ki, bu prosesi təşkil edənlər saxtakarlığın birbaşa iştirakçısıdır.

Tacxeber.com xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.

O bildirib ki, nəzarətçilər imtahan zamanı telefonla test suallarının şəklini çəkib kənara göndərir, əvvəlcədən razılaşdırılmış müəllimlərə cavab ötürülür:

“Bu cinayətə şərait yaradanlar məhz imtahanı təşkil edən qurumun daxilində oturub – onların səssizliyi, laqeydliyi və ya birbaşa iştirakı olmasa, bu cür sistemli pozuntu mümkün olmazdı. İmtahanın obyektivliyi yox edilib, nəticələr etibarsızdır.

Test tapşırıqlarının məzmunu ilə bağlı yalnız bilik nümayiş etdirilsə də, yalnız biliyi nümayiş etdirənlər müfaiq balı toplasa da, rəsmi şəxslər öz maraqlarına görə bu prosesə çirkab bulayıblar.

Bu qurumun məqsədi bilikli müəllimi seçmək yox, “öz adamlarını” sistemə soxmaq olub. Əgər bu qədər rahat şəkildə telefonla cavab ötürülürsə, bu artıq təhsil yox, bazardır. Savadlı müəllim kənarda qalır, saxtakarlar sistemə daxil olur. Bu isə Azərbaycanın təhsilinə, gələcəyinə qarşı qəsddir. İmtahanı təşkil edən məsul şəxslər açıq şəkildə bu saxtakarlığın içindədir və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu prosesi susaraq izləyən hər kəs bu çürümüş sistemin şərikidir”, – ekspert qeyd edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Gömrükdə rüşvət qalmaqalı – Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?

redaktor

“Fərqli iş saatları tətbiq edilsin…”- Deputatdan Bakının tıxac problemi ilə bağlı TƏKLİFLƏR

redaktor

Yayılan qripi sağaldan dərman apteklərdə tapılmır – Qutusu 45 manatdır

redaktor