DünyaSiyasət

İran Əliyevlə Pezeşkianın telefon söhbəti haqda niyə fərqli məlumat yayır?

Prezident İlham Əliyevin Məsud Pezeşkianla telefon söhbəti Azərbaycanın İran-İsrail müharibəsində tərəf olmadığını, o cümlədən, İranda “Azərbaycan İsrail dəstək verib” iddialarına qarşı mövqeyin bir daha sərgilənməsi baxımından əhəmiyətlidir.

Əsas diqqətçəkən məqam İran tərəfinin telefon söhbətini fərqli formada təqdim etməsi, xüsusilə “Pezeşkian Əliyevdən İsrail PUA-larının Azərbaycan səmasından İrana daxil olması haqqında bəzi xəbərlərin araşdırılmasını istəyib” qeydidir. Bu qeyd bir ehtimalı təsdiqləyir: İran mediasında müharibəyə görə Azərbaycana qarşı irəli sürülən iddia/ittihamlar hakimiyyətin göstərişi ilə aparılan kampaniyadır;

İranın məqsədi yeni “günahkar”lar tapmaqla məğlubiyyətin məsuliyyətindən yayınmaq və “Azərbaycan Təbrizin bombalanmasında iştirak etdi” iddiaları ilə Güneyin ictimai rəyini manipulyasiya etməkdir. Və “qələbə eyforiyası”nın səngiyəcəyi, müharibənin nəticələrinin müzakirə ediləcəyi qarşıdakı dövrdə eyni iddiaittiham kampaniyasının müxtəlif səviyyələrdə davam etdiriləcəyi istisna deyil. Pezeşkianın bu iddialara istinad etməsi/etdirilməsi də kampaniyanın aktuallığının saxlanılmasına hesablanıb.

Asif Nərimanlı

Tacxeber.com

Oxşar xəbərlər

Həbsxanadan qaçan Qvineyanın keçmiş prezidenti tapılıb.

admin

Ərdoğanın qərarı gündəmi silkələdi – S-400-lər iki ölkədən birinə satıla bilər

admin

İslamı qəbul edən yəhudi yazıçı vəfat etdi

admin