12 C
Bakı
28 Mart 2026 02:28
CəmiyyətHadisə

“Azərbaycanfilm” kinostudiyasında PARTLAYIŞLA bağlı ilkin STATİSTİKA

Ötən gecə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

Tacxeber.comxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb.

Taxta qutularda yığılan digər pirotexniki vasitələr, üç ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Evindən milyonlar aparılan “Şaurma 1” sahibinin ailəsi Zahid Oruca müraciət etdi

redaktor

Onlar hər ay vəzifə maaşına əlavə alacaqlar

redaktor

Tbilisidə hökumət əleyhinə mitinq keçirilir

admin