ABŞ nüvə silahına görə bombaladığı İrana nüvə yardımı edəcək.
Tacxeber.com xəbər verir ki, bu iddia ilə CNN çıxış edib.
İddiaya görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası gərginlikdən sonra İranı danışıqlar masasına çəkmək üçün “mülki nüvə proqramları” üçün yardımı müzakirə edir.
CNN-in məlumatına görə, məsələ ilə bağlı məlumatlı mənbələr ABŞ-nin İran ilə İsrail arasında yaşanan gərginlik vaxtı və atəşkəs elan edildikdən sonra İranla müzakirələr aparıb.
Xəbərdə deyilir ki, İranı danışıqlar masasına oturtmaq üçün müxtəlif təkliflərin təqdim edilib.
Mənbələr bildirib ki, ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan əvvəl Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ilə Körfəz ölkələrindən olan tərəfdaşları Ağ Evdə mövzu ilə bağlı detalları müzakirə edib.
CNN yazır ki, Ağ Evdəki görüşdə uranın zənginləşdirilməsi fəaliyyətlərini ehtiva etməyən və yalnız mülki enerji istehsalını hədəf alan yeni nüvə proqramı üçün İrana təxminən 20-30 milyard dollar yardımın təmin edilməsi danışılıb.
İddiaya görə, bunun üçün pulun ərəb tərəfdaşlardan alınması planlaşdırılır.
İranla bağlı təkliflərə bəzi sanksiyaların ləğvi və Tehranın hazırda xarici bank hesablarında olan və sərbəst istifadəsinə məhdudiyyət qoyulan 6 milyard dollara çıxışına icazə verilməsi daxildir.
Qeyd edək ki, 13 iyunda İsrail irana hücum başladıb. Hücumun əsas məqsədinin İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq və bu ölkədə hakimiyyət dəyişikliyi etmək olduğunu bildirib. ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsindən sonra atəşkəs elan edilib.