Mütəxəssislər İsrailin atəşkəslə başa çatan İrana qarşı 12 günlük hücumlarının bədəlinin Tel-Əvivin iqtisadiyyatını və dövlət büdcəsini görünməmiş təzyiq altında qoyduğunu deyirlər.
Tacxeber.com xəbər verir ki, hücumların dəyərinin gündə yüz milyonlarla dollar olduğu və bu vəziyyətin dövlət büdcəsi və bazarlar üzərində ciddi təzyiq yaratdığı bildirilir. “Financial Express” internet saytındakı məlumatlara görə, təkcə ilk həftədə təxminən 5 milyard dollar xərcləyən İsrailin gündəlik müharibə xərcləri 725 milyon dollara çatıb. Bu məbləğin 593 milyon dolları hücumlarda, 132 milyon dolları isə müdafiə tədbirləri və hərbi səfərbərlik fəaliyyətlərinə ayrılıb.
ABŞ-da çıxan “Wall Street Journal” qəzeti təkcə İrandan atılan raketlərin qarşısını almaq məqsədi daşıyan müdafiə sistemlərinin gündəlik xərcinin 10-200 milyon dollar arasında olduğunu yazıb.