12 C
Bakı
28 Mart 2026 06:50
CəmiyyətDünyaHadisəSiyasət

Xalqı təbrik edən Xameneinin ölüm xəbəri yayıldı – İranda nə baş verir?

İranın ali dini lideri Əli Xamneinin atəşkəs elan olunduqdan sonra da ictimaiyyət qarşısına çıxmaması həm əhali, həm də rəsmi dairələrin narahatlığına səbəb olub.

Tacxeber.com xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Bildirilir ki, 85 yaşlı liderin mümkün ölümü ilə bağlı şayiələr yayılır.

Nüfuzlu SEPAH generalı Yəhya Safafinin oğlu Həmzə Safafinin sözlərinə görə, İsrailin Xameneini aradan qaldırmağa cəhd edə biləcəyi qorxusu var və buna görə də fövqəladə təhlükəsizlik tədbirləri tətbiq edilib.

Mənbələrin bildirdiyinə görə, Xameneinin yoxluğu pərdə arxasında hakimiyyət mübarizəsinə səbəb olub, müxtəlif siyasi düşərgələr İranın nüvə siyasəti və ABŞ-la münasibətləri üzərində nəzarəti ələ keçirməyə çalışır.

Bütün bu iddialar fonunda Əli Xamenei yazılı bəyanat yayıb. O, İranın müharibədə İsrailə qalib gəldiyini elan edib. Həmçinin qələbə münasibətilə İran xalqını təbrik edib. Onun ictimaiyyət qarşısına çıxmaması isə şaiyələri daha da artırır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp baş naziri “ağlatdı”: göz yaşlarına hakim ola bilmədi

redaktor

Klaar: “Azərbaycan Prezidenti Aİ-nin vasitəçilik formatına sadiqdir”

redaktor

Putin Consona müharibədən əvvəl nə deyib? – Peskov söhbətin detallarını açıqladı

redaktor