24 C
Bakı
13 Avqust 2025 10:07
CəmiyyətDigərMədəniyyətSağlamlıqŞou

“Ölüm qaşla göz arasındadır” – Dilarənin aktyor qardaşı səhhətindən yazdı

Tacxeber.com xəbər verir ki, bu sözləri aktyor Vüsal Murtuzəliyev sosial media hesabında yazıb. Aktyor bir müddət telefon və internetdən uzaq durmalı olduğunu bildirib:

“Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum uzaq durmalıyam. Sadəcə narahatlığınızı anlayıb bu paylaşımı etməyə özümə borc bildim. Ölüm qaşla göz arasındadır. Özümə qarşı laqeyd yanaşırdım. Bəlkə də bu bir xəbərdarlıq idi ki, məni silkələdi. Təbii ki, bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacağam” deyə, aktyor qeyd edib.

Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Müğənni: “Kənardan özümə baxanda gördüm ki…“

redaktor

Elmira Süleymanova vəfat etdi.

admin

Kimlər qurban kəsə bilməz? – İlahiyyatçıdan AÇIQLAMA

redaktor