2 C
Bakı
11 Fevral 2026 06:41
CəmiyyətSağlamlıq

Kofe içmək xərçəng yaradır?

Kofe dünyada milyonlarla insanın günə başlarkən seçdiyi əvəzolunmaz içkidir. Kimisi üçün səhər ritminin ayrılmaz hissəsidir, kimisi üçünsə günün yorğunluğunu atan zövqlü bir fasilədir.

Üstəlik, son araşdırmalar göstərir ki, kofe antioksidant tərkibi sayəsində beyin sağlamlığından metabolizmaya qədər bir çox sahədə fayda göstərə bilər.

Ancaq mütəxəssislər xəbərdarlıq edirlər ki, təkcə kofenin nə qədər istehlak edildiyi deyil, həm də necə hazırlandığı sağlamlığımıza ciddi təsir göstərə, xüsusilə süzülmədən dəmləmə ciddi risklər yarada bilər.

Tacxeber.com xəbər verir ki, mövzuya doktor Ronda Patrik münasibət bildirib.

Onun sözlərinə görə, süzülmədən hazırlanan kofelərdə bəzi zərərli birləşmələr fincana keçir:

“Bu maddələrin uzun müddət qalması isə mədəaltı vəzi (pankreas) və qırtlaq xərçəngi kimi bəzi xərçəng növlərinə yol açır”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bakının məşhur restoranında müstəri vəfat etdi

admin

AzTV sədrini helikopter almaq istədiyinə görə tənqid etmək, yoxsa təqdir etmək lazımdır?

admin

Xaçaturyan qızına MƏKTUB yazdı: “Mən sağ olduğum müddətdə…“

redaktor