11 C
Bakı
29 Mart 2026 22:35
DünyaHadisəKriminal

Bu ölkədə Ukrayna bayrağı yoxa çıxdı: Görün haradan tapıldı

Litvanın Panevejis şəhərində Ukrayna dövlət bayrağının oğurlanması ilə bağlı insident baş verib.

Tacxeber.com LRT-yə istinadən xəbər verir ki, naməlum şəxslər Xüsusi İstintaq Xidmətinin (STT) binasından bayraq dirəyi ilə birlikdə Ukrayna bayrağını oğurlayıblar.

Polisin məlumatına görə, cinayət çərşənbə günü səhər Vasario küçəsində qeydə alınıb. Cəmi bir saatdan sonra yerli vaxtla səhər saat 8:45 radələrində oğurlandığı iddia edilən bayraq həmin şəhərin Nendres küçəsində tapılıb.

Hadisə ilə bağlı Litvanın hüquq-mühafizə orqanları ictimai asayişin pozulması ilə bağlı ibtidai istintaqa başlayıb.

Hazırda dəymiş ziyanın məbləği müəyyənləşdirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Atamın bu ağrıya dözməyəcəyi üçün məni öldürməyə çalışırlar” – Baydenin oğlu

redaktor

BİABIRÇI, BAHALI, KEYFİYYƏTSİZ, FIRILDAQÇI… – Dövlət turizm sektorunu niyə nəzarətsiz buraxıb?

redaktor

Paşinyan Moskvada Əliyevlə görüşdən qaçdı – Səbəb

admin