25 C
Bakı
10 Avqust 2025 22:18
CəmiyyətMaraqlı

Belə yuxular görənlər vaxtından tez dünyasını dəyişir

Tacxeber.com xəbər verir ki, Birləşmiş Krallıq Demans Araşdırma İnstitutu və “Imperial College London”un alimləri tərəfindən aparılan və 19 il ərzində 183 min yetkinin və 2 min 429 uşağın məlumatlarının təhlil edildiyi araşdırma, kabusların bədənə ciddi təsir etdiyini üzə çıxarıb. Məlum olub ki, tez-tez kabus görənlərdə bədənin hüceyrə bərpası zəifləyir, bu da sürətli bioloji qocalmaya səbəb olur.

Tədqiqatı aparan Dr. Abidemi Otaiku bildirib ki, kabuslar zamanı beynin “mübarizə və ya qaç” reaksiyası işə düşür və bu, bədənin kortizol səviyyəsini uzun müddət yüksək saxlayır. Bu da orqanizmdə yığılmış stressin artmasına, nəticədə isə hüceyrələrin tez qocalmasına yol açır.

Alimlər bildirir ki, kabuslar yalnız psixoloji deyil, həm də ciddi bir ictimai sağlamlıq problemi kimi qiymətləndirilməlidir. Hətta ayda bir dəfə kabus görən şəxslər belə, heç kabus görməyənlərlə müqayisədə daha sürətlə yaşlanır və ölüm riski yüksək olur.

Araşdırmada qeyd olunub ki, yaxşı yuxu rejiminin təmin olunması, stressin idarə edilməsi və qorxu dolu filmlərdən uzaq durmaq kimi sadə tədbirlər kabusların qarşısını almaqda təsirli ola bilər. Dr. Otaiku əlavə edib ki, bu vəziyyətin qarşısı alınandır və vaxtında tədbir görməklə ciddi nəticələrin qarşısı alınması mümkündür. (Milli.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Barmaqları şaqqıldatmaq təhlükəlidirmi?

redaktor

Azərbaycanda böyrək transplantasiyası hansı xəstəxanalarda həyata keçirilir? – Siyahı

redaktor

Bakıda qablaşdırılan sular krantdan doldurulur – VİDEO

redaktor