28 C
Bakı
26 İyun 2025 15:33
CəmiyyətDigərGündəmHadisəŞikayətSiyasət

“Azər Qasımlının həbsi ictimai-siyasi fəaliyyətinə görədir və sifarişlidir”

Azər Qasımlı hakimə hədə-qorxu ilə pul tələb etdiyini sübut edən sübutun olmadığını bildirib

İyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlının işi üzrə ilkin hazırlıq iclası keçirilib.

Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkilləri Azər Qasımlının şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsi barədə vəsatət qaldırsa da, hakimlər razılaşmayıb.

Vəkillər onun haqqında cinayət işinə xitam verilməsi, bu, təmin edilməsə, heç olmasa, ev dustaqlığına buraxılması barədə də vəsatətlər qaldırıblar. Bildiriblər ki, Azər Qasımlının əməllərində cinayət tərkibi yoxdur və məsələ mülki mübahisə xarakteri daşıyır.

Vəkil Aqil Layıc deyib ki, indi zərərçəkmiş kimi tanınan və Azər Qasımlının hədələyib pul tələb etdiyi iddia olunan Qurbanəli Yusifovla bir neçə ildir məhkəmə çəkişməsi gedir:

“Guya Azər Qasımlı onun özünü və ailəsini öldürməklə hədələyib, pul tələb edib. Halbuki, Mingəçevir şəhər Məhkəməsində Azər Qasımlının mülki iddiası üzrə prosesdə özü borcunu etiraf edib. Məhkəmə də iddianı təmin edib. Daha sonra VÖEN məsələsinə görə apellyasiya instansiyası bu qərarı ləğv edib. Qərar verilib ki, bu işə kommersiya məhkəməsində baxılsın. Şəki Kommersiya Məhkəməsində də borcu etiraf edib”.

Müdafiəçilər qeyd ediblər ki, Azər Qasımlının həbsi ictimai-siyasi fəaliyyətinə görədir və sifarişlidir.

“Himayəsində yetkinlik yaşına çatmayan övladları var. Onu ictimai-siyasi fəaliyyətinə görə həbs etmək üçün bu məsələdən sui-istifadə olunub. Belə bir adamı həbsdə saxlamağa zərurət yoxdur”- vəkil Aqil layıc belə deyib.

Vəkil Rövşanə Rəhimli zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifovun qohumlarının ifadələrinin sübutlar siyahısından çıxarılması, Mingəçevir Şəhər Məhkəməsi və Şəki Kommersiya Məhkəməsindən həm audio, həm də video materialların alınması haqda vəsatətlər qaldırıb:

“O məhkəmələrdə Qurbanəli Yusifov etiraf edir ki, Azər Qasımlıya borcludur”.

Azər Qasımlı məhkəmədə çıxışı zamanı hədə-qorxu ilə pul tələb etdiyini sübut edən fakt və sübutun olmadığını diqqətə çatdırıb. Əlavə edib ki, haqsız yerə yarım ildən çoxdur ki, həbsdə saxlanılır.

Zərərçəkmiş kimi tanına Qurbanəli Yusifov müdafiəçilərin vəsatətlərinə etiraz edib. Deyib ki, Azər Qasımlı onun özünə və ailəsinə ciddi ziyan vurub.

Məhkəmə verilən vəsatətlərdən yalnız ev dustaqlığıyla bağlı məsələyə münasibət bildirib və təmin etməyib. Digər məsələlərlə bağlı iyulun 2-də keçiriləcək növbəti iclasda qərar veriləcək.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

 Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib. (Meydantv)

Tacxeber.com

Oxşar xəbərlər

“Teraflyu” satışdan yığışdırılır

redaktor

Azərbaycanda məktəbdə ÖZBAŞINALIQ: Direktor məktəbi diskotekaya çevirib

redaktor

İdmana görə təvəllüdünü dəyişdi, Rəşad Dağlının toyunda məşhurlaşdı –  Vüqar Biləcəri haqqında MARAQLI FAKTLAR

redaktor