8 C
Bakı
09 Fevral 2026 13:17
CəmiyyətGündəmHadisəSiyasət

AXCP fəalına 30 sutka həbs verildi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin fəallarından Aqşin Abdullayevin (Oğuz) Binəqədi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir. Bu barədə AXCP-dən məlumat veriblər. Partiya onun tənqidlərinə görə şərləndiyini hesab etsə də, detallar açıqlanmayıb.

Dünən, iyunun 24-də A.Abdullayev Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə çağırılmışdı. Onun çağırış üzrə bölməyə getdiyi, amma sonra Xalq Cəbhəsi üzvündən məlumat almağın mümkün olmadığı bildirilmişdi.

AXCP-nin bu açıqlamasını, hələlik, Daxili İşlər Nazirliyi, Binəqədi rayon Məhkəməsi və başqa aidiyyəti rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. (Azadlıq Radiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər

Buzovnada uşaqlarını dini ayinlərə cəlb edənlər haqda araşdırma başladı

redaktor

Özünə cindar deyən molladan XƏBƏRDARLIQ – Unitazdan istifadə etməyin!

redaktor

Qubad İbadoğlunun ofisində axtarış aparılır – YENİLƏNDİ – 2

redaktor