16 C
Bakı
27 Sentyabr 2025 04:10
DünyaSiyasət

ABŞ İranın nüvə gücünü dağıda bilməyib? – Kəşfiyyatdan açıqlama

ABŞ prezidenti Donald Trampın CNN və “New York Times”la İranın nüvə gücünə dair mübahisəsinə Mərkəzi Kəşfiyyat Agentliyi (MKİ) də daxil olub.

Tacxeber.comxarici KİV-ə istinadlaxəbər verir ki, adı çəkilən media orqanları ABŞ-nin İrana hücumlarının bu ölkənin nüvə silahı istehsal etmək qabiliyyətinə mane olmadığını iddia etsə də, Tramp razılaşmayıb.

Trampın sözlərini dəstəkləyən MKİ direktoru Con Ratkliff bəyan edib ki, İranın nüvə proqramına ciddi ziyan dəyib:

“MKİ təsdiq edir ki, bir sıra etibarlı kəşfiyyat hesabatları İranın nüvə proqramının son hədəf hücumları nəticəsində ciddi şəkildə zədələndiyini göstərir. İranın bir neçə mühüm nüvə obyekti məhv edilib və bu obyektlərin yenidən qurulması illər çəkəcək”,- deyə o söyləyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Dağıstanda 270-dən çox adam sudan zəhərlənib

redaktor

“Köməkçimi işdən çıxarmaq istəməzdim, ancaq xalqımı üstün tutdum” – Pezeşkian

redaktor

Prezident: Şərtlərimiz qəbul edilməzsə, Gürcüstanda çevriliş edəcəyik

redaktor