28 C
Bakı
26 İyun 2025 16:26
CəmiyyətGündəmHadisəİqtisadiyyatSiyasət

“Avropadakı qayıtdı ki, a kişi, tay Rusiya qazını alırdımsa, səni neynəyirdim”

A kişi, neçə vaxtdır bu Əliyev kimi görür, söz verir ki, sizə qaz verəcəm.

Dünyada da nə qədər bu işlə məşğul olan var, özünü öldürür ki, a bala, bunda bu qədər qaz yoxdur axı. Yoxdur da, çıxmır, tapılmır, hardan verəcək?

 

Əl qərəz, müəllim bir ara Rusiyadan, Türkmənistandan aldı satdı Avropaya.

Sonra bu Avropadakı qayıtdı ki, a kişi, tay Rusiya qazını alırdımsa, səni neynəyirdim, elə özüm alardım da. Elə səndən almağımın məqsədi odur ki, Putindən almayım.

Türkmənistanda isə bir kələ oturub, tərsin biridir, bizim müəllimlə qiymət üstündə çəp gəldilər, satışını dayandırdı. Nə etmək olar, kələdir də.

 

Əl qərəz, həmişəki kimi müəllimin dadına öz qazlarımız çatdı. Müəllim Mingəçevirdə deyib ki, tay söz vermişəm, ayıbdır, xaricə sata bilmək üçün gərək öz camaatımız qaza bir az qənaət eləsin, yəni qışda bir az donsun, dünya dağılmaz.

Mən neçə dəfə demişdim ki, axırda elə-belə olacaq. Öyrəncəliyik, başına gələn başmaqçı olar.

 

Altay Göyüşov

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın adı dəyişdirilir? – Zaxarova açıqladı

redaktor

İmişlidə qəza: “Mercedes”i 17 yaşlı yeniyetmə idarə edirmiş

redaktor

Tikilən kimi dağılan YOLLAR – İstifadə olunan materiallar, yoxsa iş keyfiyyətsizdir?

admin