28 C
Bakı
11 Avqust 2025 20:23
DünyaSiyasət

Zelenski Trampla görüşünü şərh edib

Ukrayna prezidenti Vladimir Zelenski Amerika Birləşmiş Ştatlarının rəhbəri Donald Trampla görüşü qısa şərh edərək, təfərrüatları sonra verəcəyini qeyd edib. Bu barədə o, Telegram kanalında yazıb .

“Prezident Trampla uzun və mənalı görüş oldu. Biz bütün vacib məsələləri əhatə etdik. Cənab prezidentə təşəkkür edirəm, ABŞ-a təşəkkür edirəm”, – Zelenski qeyd edib.

Onun sözlərinə görə, onlar atəşkəs və real sülhə necə nail olmaq, Ukraynada insanları necə qorumaq barədə danışıblar.

“Biz sülhün yaxınlaşmasına kömək etmək üçün göstərilən diqqəti və istəyi yüksək qiymətləndiririk”, – deyə Ukrayna prezidenti əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Putin Trampın ona dəstək verəcəyinə əmindir, o, bu yolla Rusiya imperiyasını bərpa etməyə çalışır” – Con Bolton

admin

Ukrayna bu əraziləri azad etməkdə davam edir

redaktor

Orbandan Zelenskiyə: “Ağlını başına topla!”

redaktor