27 C
Bakı
25 İyun 2025 17:52
DünyaMuharibəSiyasət

Tramp: İranla münaqişədə İsrail çox əziyyət çəkdi

“İran İsrailə ballistik raketlər vasitəsilə ciddi zərər vurub”.

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp səsləndirib.

“İsrail çox ciddi zərər gördü, xüsusən də son bir neçə gündə. İsrail İranın ballistik raketlərindən ciddi ziyan aldı. Onlar çoxsaylı binaları dağıtdılar”, – deyə o bildirib.

Bununla belə, Trampın sözlərinə görə, İsrail silahlı münaqişə zamanı özünü mükəmməl göstərib və ölkənin baş naziri Benyamin Netanyahu “özündən qürur duymalıdır”.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Cəmi bir sutka sonra İran cavab zərbəsi endirib. ABŞ münaqişəyə onun eskalasiyasından doqquz gün sonra – iyunun 22-nə keçən gecə qoşulub və İranın üç nüvə obyektinə hücum edib. İyunun 23-ü axşam isə Tehran Yaxın Şərqdəki ən böyük ABŞ aviabazası olan Əl-Udeydə (Qətərdə) raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, xəsarət alan olmayıb və ciddi ziyan qeydə alınmayıb. Daha sonra Tramp bəyan edib ki, İsrail və İran atəşi tamamilə dayandırmağa razılaşıblar. Atəşkəs iyunun 24-də qüvvəyə minib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Messi həyat yoldaşının rəqs videosunu paylaşdı, sosial mediada gündəm oldu – VİDEO

admin

Azərbaycanın XİN başçısı antiterror əməliyyatlarında dinc sakinlərin hədəf alınmadığını BMT-də fototolarla sübut etdi

redaktor

Xamenei: “Əgər amerikalılar bizi təhdid etsələr, biz də onları hədələyəcəyik” – VİDEO

redaktor