8 C
Bakı
09 Fevral 2026 12:46
DünyaSiyasət

Tramp İrana endirdikləri zərbələri Xirosima və Naqasaki ilə müqayisə edib

ABŞ Prezidenti Donald Tramp İrana endirdikləri zərbələri Xirosima və Naqasaki ilə müqayisə edib.

Bu barədə “RBK-Ukraina” “The Guardian”a istinadən məlumat yayıb.

Haaqada çıxış edən ABŞ Prezidentinin fikrincə, İrana zərbələr Tehranın təhdidini sonlandırıb.

“Məgər Yaponiyaya zərbə endirməklə uğur qazanmadıq? Bu zərbə müharibəyə son qoydu. Biz indi onlarla çox yaxşı münasibətdəyik”, – D.Tramp bəyan edib.

O, ABŞ-nin hərəkətlərini İkinci Dünya Müharibəsi dövründəki tarixi hadisələrlə müqayisə edib.

“Mən Xirosima, Naqasakini nümunə gətirmək istəmirəm, amma həmin addım Yaponiya ilə müharibəyə son qoydu. Əgər biz bunu etməsəydik, onlar indi də müharibə edərdilər”, – ABŞ Prezidenti söyləyib.(Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Dünənki təkanlar böyük İstanbul zəlzələsini sürətləndirib – Yapon mütəxəssis

redaktor

Soyuqdəymə ilə səhv salınan xərçəng növü – Görünməz simtpomu

redaktor

“Putin və Zelenski hələlik görüşməyə hazır deyillər” –ƏRDOĞAN

redaktor