DünyaSiyasət

Tramp İran və Çinə JEST ETDİ – “Bu, mənim üçün böyük şərəf idi”

“Çin indi yenidən İrandan neft ala bilər”.

Tacxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.

Eyni zamanda Amerika lideri Çinin də ABŞ-dan neft alacağına ümid etdiyini bildirib.

“Çin indi İrandan neft almağa davam edə bilər. Ümid edirəm ki, onlar bu nefti həm də ABŞ-dan böyük həcmdə alacaqlar. Bunu mümkün etmək mənim üçün böyük şərəf idi!” – Tramp yazıb.

Qeyd edək ki, İsrail və İran arasında münaqişənin kəskinləşməsi zamanı ekspertlər ABŞ-ın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq Tehranın Hörmüz boğazını bağlaya biləcəyindən narahat olduqlarını bildiriblər. Dünya neftinin 20%-ə qədəri Hörmüzdən keçir və onun blokadası qiyməti bir barel üçün 130 dollardan yuxarı qaldıra bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Rafale” təyyarələrinə qarşı təbliğat genişlənib

admin

Trampa verəcəyimiz 500 milyardımız yoxdur – Zelenski

redaktor

“Qarabağ”ın tarixi oyunu: ya davam, ya tamam!

admin