17 C
Bakı
25 İyun 2025 02:03
CəmiyyətGündəmKriminalQalmaqalŞikayət

Kiber cinayətkar dəstə artıq Bakıda fəaliyyət göstərirlər, kartlardan pul oğurlayırlar lakin polis buna göz yumur

Redaksiyamıza kibercinayətkarlığın qurbanı olmuş Nurlan Əzizov adlı oxucumuz tərəfindən maraqlı məktub daxil olub. Belə ki, adam artıq Azərbaycanda fəaliyyət göstərən kartdan pul oğrulayan cinayətkar dəstənin qurbanı olduğunu bildirir. Ən maraqlısı isə oxucumuz iddia edir ki, polis bu işə biganə yanaşır. Əcaba görəsən niyə ?

 

Beləliklə Tacxeber.com olaraq yazını olduğu kimi təqdim edirik:

“Salam hər vaxtınız xeyir olsun, demək 06.05.2025 tarixində mənim telefonumda olan “Bir bank” proqramın qeyri-qanuni müdaxilə olunub. Mənə məxsus olan iki ədəd Kapital bank kartından birindən 1500 manat, digər kartdan isə 500 manat olmaqla 2000 min manat pul dələduzluq yolu ilə Caniyəva Səide Əsədulla qızının bank hesabına köçürülüb. Eyni tarixdə digər vətəndaş Məmmədov Samir adlı şəxsin eyni yolla bank kartından 2100 manat Caniyeva Səidə Əsəddula qızının və Nəbiyev Loğman Vüqar oğlunun hesabına köçürülüb. Bu barədə dərhal Xətai Rayon 34-cü polis bölməsinə məlumat vermişik lakin üstündən artıq 1 ay 20 gün zaman keçməsinə baxmayaraq bizə heç bir köməklik göstərilmir.

Polis əməkdaşları bizi hər gün müxtəlif bəhanələrlə get-gələ salırlar, bezdirici danşiqlarla bizi yola verirlər. Qeyd edim ki, bu cinayətdə adları hallanan şəxlər bizdən öncə də bu kimi problemlərlə dəfələrlə hüquq mühafizə orqanlarına düşüblər. Mən əminəm ki,  bu şəxslər Azərbaycan da fəaliyyət göstərən böyük bir kiber cinayətkarliqla məşğul olan dəstə üzvləridir lakin Xətai Rayon polis bölməsi isə bunlara hansı səbəblərdən göz yumur və sərbəst öz fəaliyyətlərini göstərməyə şərait yaradır onu bilmirik”.

 

Nurlan Əzizov

Tacxeber.com

Oxşar xəbərlər

Tofiq Yaqublunun şikayətinə iki həftə sonra baxılacaq.

admin

İşdən çıxarılan müəllim “yeni iş” tapdı

redaktor

Əhalinin nəzərinə: Telefonla danışmayın

redaktor